FHN-in Akademiyasında 28 May - Müstəqillik Günü qeyd olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May –Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, tədbirdə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak ediblər.
Akademiya rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev iştirakçıları 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın milli dövlətçilik tarixinin parlaq səhifələrindən biridir və bu tarixi gün ölkədə böyük ehtiramla qeyd edilir. Onun sözlərinə görə, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində olan xalqın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı idi.
F.Mehbalıyev qeyd edib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Xalqın təkid və tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğulayan F.Mehbalıyev bu gün Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salıb, qısa müddət ərzində əldə olunan nailiyyətlərdən ətraflı bəhs edib.
E.Nəsirov Azərbaycanın müasir müstəqillik dövrünün keçdiyi inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırladıb.
Oxşar xəbərlər
FHN Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edilib
Milli Kitabxanada “18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı virtual sərgi təqdim olunub
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
