Toğrul Abbasquliyev: "Azərbaycan zərgərlik məmulatlarına region ölkələrində tələbat artır"
Azərbaycan zərgərlik məmulatlarına region ölkələrində tələbat artır.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Toğrul Abbasquliyev Bakıda keçirilən "Azerbaijan Jewelry Show" sərgisinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, sərgiyə Azərbaycan şirkətləri ilə yanaşı, Türkiyə sahibkarları, şirkətləri də qatılıblar:
"Bununla yanaşı, Özbəkistan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Rusiya və İsraildən alıcı və ziyarətçilərin iştirakı da nəzərdə tutulub. Azərbaycan zərgərlik məmulatlarına region ölkələrində tələbat artıb. Bunun arxasında peşəkar zərgərlik məktəbi dayanır. Assosiasiya olaraq qarşımızda önəmli bir missiya var".
T.Abbasquliyev bildirib ki, Azərbaycan zərgərlik məktəbini, milli ornament və naxışları, eləcə də bu sahədəki adət-ənənələri qoruyub saxlayır:
"Bu baxımdan, sərgidə Azərbaycan brendlərinin və "Made in Azerbaijan" məhsullarının geniş şəkildə təmsil olunmasına xüsusi önəm veririk".
Assosiasiya sədri son bir neçə il ərzində vergi və gömrük güzəştlərinin də bu sahəyə müsbət təsir göstərdiyini vurğulayıb.
Oxşar xəbərlər
Tural Hacılı: "Zərgərlik məhsullarının ixracı 47 % artıb"
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
Assosiasiya: Satışda olan zərgərlik məhsullarının 60-65 %-i Azərbaycan istehsalıdır
Avstriya zərgərlik brendi Qarabağ xalçalarının naxışları əsasında kolleksiya hazırlayır
Assosiasiya: Qızıl bazarında bahalaşma bu ilin sonuna qədər davam edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
