Bahar Muradova: Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb
Bu gün yeni çağırışlar böyük qayıdış prosesi çərçivəsində meydana çıxdığından bəzi məsələlər kollektiv müqavilələrdə də öz əksini tapmalıdır.
“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb:
"İşçi hüquqlarını yeni çağırışlara uyğunlaşdırmalı, işçiləri rəqəmsal mühitə hazırlamalıyıq. İnsanların "smart kənd"də yaşamağa alışması üçün addımlar atmalıyıq. Bunun üçün yeni layihələr reallaşdırılmalıdır. Orada yaşayan ailələrin, bərpa və minatəmizləmədə iştirak edən insanların hüquqlarının qorunması da kollektiv müqaviləyə daxil edilməlidir".
Komitə sədri əlavə edib ki, bu gün dünyada dövlətlərin fəaliyyət gündəliklərinin əsas prioritetlərindən biri əməkçi insanların, o cümlədən, ailələrin sosial rifahının möhkəmləndirilmək, qadınların və uşaqların hüquqlarını qorumaq, hər kəs bərabər imkanlar və bərabər fürsətlər yaratmaqdır.
Oxşar xəbərlər
BƏT-in Baş direktoru: Süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyi üçün geniş imkanlar yaradır
Bahar Muradova ŞƏT-in Qadınlar Forumunda iştirak edir
Bahar Muradova: "Ailə Konsepsiyası"nın hazırlanmasına başlanılıb
Bahar Muradova qadınların su resurslarının idarəçiliyinə cəlb olunmasını təklif edib
Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
