Paşinyan neçə deputat yeri qazandı? – 10 yer itirdi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2026
11:01
ff aaaaaaa

Paşinyan neçə deputat yeri qazandı? – 10 yer itirdi

08 in, 2026
11:01
974

Paşinyan neçə deputat yeri qazandı? – 10 yer itirdi

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda baş tutan parlament seçkilərinin ilkin nəticələrinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi mülki Müqavilə Partiyası qalib gəlib.

Sizinxeber.Az xəbər verir ki, hazırkı nəticələrə görə, Ermənistan parlamentində 4 siyasi qüvvə olacaq: Mülki Müqavilə, Güclü Ermənistan, "Ermənistan" bloku və Çiçəklənən Ermənistan.

Mandatlar aşağıdakı kimi paylanacaq:

Mülki Müqavilə - 61 mandat

Güclü Ermənistan - 28 mandat

"Ermənistan" bloku – 11 mandat

Çiçəklənən Ermənistan – 5 mandat.

Qeyd edək ki, 2021-ci il seçkilərində Nikol Paşinyanın partiyası 71 mandat əldə etmişdi.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul