Bahar Muradova: Türk dövlətlərində ailə dəyərlərinin qorunması üçün birgə fəaliyyəti vacib hesab edirik
sizinxeber.az xəbər saytı

Bahar Muradova: Türk dövlətlərində ailə dəyərlərinin qorunması üçün birgə fəaliyyəti vacib hesab edirik


Dünyada baş verən neqativ hadisələrin ailələr üçün yaratdığı çətinliklər diqqətə çatdırılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin II iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar:TDT ölkələrində ailəni dəstəkləkləyici siyasətlər" adlı tədbirdə danışıb.

Onun sözlərinə görə, ailə dəyərlərinin qorunması sadəcə, mədəni məsələ deyil:

"Azərbaycan olaraq bu reallıqları ciddi qəbul edirik. Dövlət Komitəsi olaraq ölkədə bu sahə üzrə imkanlarımızı səfərbər edərək genişəhatəli işə cəlb olunmuşuq".

O, əlaqədar qurumların da bu işə cəlb edildiyini vurğulayıb:

"TDT çərçivəsində ailə dəyərlərinin qorunması üçün ortaq fəaliyyətləri, həmçinin gənc ailələr, valideynlər üçün maarifləndirici birgə layihələrin icrasını vacib hesab edirik.

Bu sahədə vəziyyətin nədən ibarət olduğunu bilmək və çıxış yolu tapmaq üçün ciddi bir data bazasına ehtiyac var".

Oxşar xəbərlər

Sadık Qardiyanoğlu: Qlobal neqativ proseslər ailələri ciddi çətinliklərlə üzləşdirib
Mahinur Özdemir Göktaş: Ailə institutunun qorunub gələcək nəsillərə ötürülməsi vacibdir
Bahar Muradova: "Ailə Konsepsiyası"nın hazırlanmasına başlanılıb
Bahar Muradova: Azərbaycanda uşaqlar hələ də partlamamış minaların yaratdığı təhlükə ilə üz-üzədir
Bahar Muradova qadınların su resurslarının idarəçiliyinə cəlb olunmasını təklif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər