Audiovizual Şura: Bəzi kanallarda işarət dili test olaraq yayımlanır
Artıq “İTV”, “Mədəniyyət TV” və “İdman TV” kanallarında bəzi xəbər buraxılışları işarət dili tərcüməsi ilə test olaraq yayımlanır.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.
Qeyd edilib ki, mayın 20-də Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə keçirilmiş görüşdə yayımçılar tərəfindən qeyd olunan istiqamətdə intensiv işlərin həyata keçirildiyi və yaxın zamanlarda televiziya kanallarında praym-taym zamanı yayımlanan informasiya proqramlarının işarət dili tərcüməsi ilə müşayiətinin təmin ediləcəyini bildirib.
Audiovizual Şuranın qeyd olunan yayımçılarla sıx təmasda olduğu vurğulanıb: "Yaxın zamanlarda praym-taymda yayımlanan bütün informasiya proqramlarının işarət dili tərcüməsinin müşayiəti ilə yayımlanmasının təmin edilməsi istiqamətində intensiv fəaliyyət aparır”.
Audiovizual Şuradan ailə kanalının yaradılması məsələsi ilə bağlı da bildirilib ki, yerüstü yayımla bağlı gələcəkdə elan ediləcək müsabiqələrdə iştirak edəcək iddiaçılar bu istiqamətdə təklif verərlərsə, müsabiqə çərçivəsində məsələyə baxıla bilər.
“Həmçinin, hər hansı media qurumu heç bir müsabiqə keçirilmədən Audiovizual Şuraya müraciət edərək peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziya ala bilər və birbaşa internet üzərindən, İPTV, OTT və kabel yayımı üsulu ilə qeyd olunan janrda televiziya kanalı kimi fəaliyyət göstərə bilər”,- məlumatda bildirilib.
Oxşar xəbərlər
Televiziya kanallarında işarət dili tətbiq ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura: İşarət dili yalnız dörd televiziya kanalına tətbiq ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Televiziyalarda işarət dilinin tətbiqi məsələsi müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












