Sərhədlərin demarkasiyası çərçivəsində Özbəkistanın iki kəndi Qırğızıstana verilib
sizinxeber.az xəbər saytı

Sərhədlərin demarkasiyası çərçivəsində Özbəkistanın iki kəndi Qırğızıstana verilib


Özbəkistan dövlət sərhədinin demarkasiyası çərçivəsində 236 hektar ərazisi olan iki yaşayış məntəqəsini Qırğızıstana verib.

"Sizinxeber.az" "kaktus.media"ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov sosial şəbəkə səhifələrində bildirib.

Onun sözlərinə görə, söhbət əhalisi 2500 etnik qırğızdan ibarət olan Çonqara və Taş-Tobo kəndlərindən gedir.

"İndi bu kəndlərdə qeydiyyat tədbirləri həyata keçiriləcək, onlar başa çatdıqdan sonra isə sakinlərinə Qırğızıstan Respublikasının vətəndaşlığı veriləcək. Qeyd olunan yaşayış məntəqələrinin əvəzində Qırğızıstan tərəfi sərhədyanı zonada sahəsinə görə bərabər olan torpaq sahələrini Özbəkistan Respublikasına verib", - Alaqozov qeyd edib.

O əlavə edib ki, sahəsinə görə bərabər olan torpaq sahələrinin mübadiləsi Say kəndindən Tayan kəndinə qədər avtomobil yolunun tikintisi üçün həyata keçirilib, bunun sayəsində indi Batken vilayətinin sakinləri Aydarkəndən Batkenə indiki 225 kilometrlik dolama yol əvəzinə təxminən 55 kilometr məsafə qət edərək gedə biləcəklər.

Oxşar xəbərlər

Qırğızıstan, Tacikistan və Özbəkistan arasında sərhəd məsələləri həllini tapır
Qırğızıstan Prezidentinin mətbuat katibi: Vətəndaşımızın gətirilməsi üçün təyyarə hazırdır
Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun inşası müzakirə olunub
Qırğızıstan Prezidenti: Bişkek və Düşənbə sərhədlərin delimitasiyasını başa çatdırıb
Çin-Qırğızıstan-Özbəkistan marşrutu Azərbaycanın iştirakı ilə Avropaya tranzitin bir hissəsi ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər