

Televiziyalarda işarət dilinin tətbiqi məsələsi müzakirə olunub
Mayın 20-də Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilib.
Bu barədə "Sizinxeber.az"a Şuradan məlumat verilib.
Bildirilib ki, görüşdə 11 aprel 2025-ci il tarixdən qüvvəyə minən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və həmin dəyişikliklərə əsasən informasiya proqramlarında işarət dilinin tətbiqi məsələsi müzakirə olunub.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri ilə bağlı yayımçılara geniş məlumat verilmiş, Qanunun tələblərinin yerinə yetirilməsinin təmin olunması mərhələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Yayımçıların nümayəndələri qeyd olunan istiqamətdə intensiv işlərin həyata keçirildiyini və yaxın zamanlarda televiziya kanallarında praym-taym zamanı yayımlanan informasiya proqramlarının işarət dili tərcüməsi ilə müşayiətinin təmin ediləcəyini bildirib.
Müzakirələrin sonunda həyata keçirilən işlərlə bağlı daimi kommunikasiyanın saxlanılması, bu istiqamətdə mövcud çətinliklər və onların qarşılıqlı əməkdaşlıq formatında aradan qaldırılması ilə bağlı razılıq əldə olunub.
Oxşar xəbərlər
Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub
Televiziya kanallarında işarət dili tətbiq ediləcək
Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulur
Audiovizual Şura: İşarət dili yalnız dörd televiziya kanalına tətbiq ediləcək
Audiovizual Şura pozuntular aşkarladı: Televiziya kanallarına xəbərdarlıq edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Coratda güclü yanğın baş verib
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
