Səadət Yusifova: Türk dünyasının ortaq irsinin qorunması prioritet məsələdir
Türk dünyasının ortaq irsinin qorunması mühüm əhəmiyyət daşıyır.
"Sizinxeber.az" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən "Türk Dünyası Milli Kitabxanaları Birliyi"nin təqdimatı, "Birinci Türkoloji Qurultay Stemoqrafik hesabat" və "Birinci Türkoloji Qurultay Bibilioqrafiya" kitablarının təqdimatında deyib.
Onun sözlərinə görə, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də böyük əhəmiyyət daşıyır:
"Tədbirin Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan Türk dünyasının zəngin tarixi və mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm rol oynayır".
S.Yusifova bildirib ki, Türk Dünyası Milli Kitabxanalarının əməkdaşlığının genişləndirilməsi, virtual oxu zalının yaradılması və elmi seminarların təşkili gələcək fəaliyyətin əsas istiqamətlərindən olacaq.
O vurğulayıb ki, təqdim olunan hər iki nəşr Azərbaycan Milli Kitabxanasının mühüm elmi fəaliyyətinin nəticəsidir:
"Milli-mənəvi dəyərlərin qorunması və tarixi irsin yaşadılması davamlı və vacib bir prosesdir".
Oxşar xəbərlər
Səadət Yusifova: Azərbaycan Türk dünyasının mədəni əməkdaşlığında fəal rol oynayır
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
Aktotı Raimkulova: Birinci Türkoloji Qurultayın 100 illiyi Türk dövlətlərini ortaq tarix ətrafında birləşdirir
Sultan Raev: Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-nun Parisdəki qərargahında qeyd olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
