Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-nun Parisdəki qərargahında qeyd olunacaq
UNESCO-nun Parisdəki mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda keçirilən Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri" adlı plenar iclasda çıxışı zamanı deyib.
"Bu ilin sonunda Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə, Azərbaycanın Mədəniyyət Nazirliyinin, Türk dövlətlərinin UNESCO yanında Daimi Nümayəndəliklərinin və Türk əməkdaşlıq təşkilatlarının iştirakı ilə UNESCO-nun Parisdəki mənzil-qərargahında Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır", - o əlavə edib.
Oxşar xəbərlər
Aktotı Raimkulova: Birinci Türkoloji Qurultayın 100 illiyi Türk dövlətlərini ortaq tarix ətrafında birləşdirir
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
İsa Həbibbəyli: Türk dünyası anlayışı Birinci Türkoloji Qurultayda formalaşıb
Sultan Raev: Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub
Kubanıçbek Ömüralıyev: Türk dövlətləri arasındakı əlaqələr ən yüksək səviyyədədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
