Səadət Yusifova: Azərbaycan Türk dünyasının mədəni əməkdaşlığında fəal rol oynayır
sizinxeber.az xəbər saytı

Səadət Yusifova: Azərbaycan Türk dünyasının mədəni əməkdaşlığında fəal rol oynayır


Azərbaycan Türk dünyasının mədəni əməkdaşlığında fəal rol oynayır.

"Sizinxeber.az" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində" beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "Türk Dünyası Həftəsi" çərçivəsində Qarabağda keçiriləcək tədbirlər də xüsusi rəmzi məna daşıyır.

"Uzun illər işğal altında qalmış ərazilərimizdə mədəni həyat yenidən canlanır, tarixi abidələr bərpa olunur, yeni elm və təhsil ocaqları fəaliyyətə başlayır. Qarabağın Türk dünyasının alim və ziyalılarını qəbul etməsi Azərbaycanın mədəni dirçəlişinin mühüm göstəricilərindən biridir. Azərbaycan bu mühüm yubiley tədbirinə ev sahibliyi etməklə Türk dünyasının elmi-mədəni inteqrasiyasına öz töhfəsini verməkdən böyük qürur hissi duyur".

Səadət Yusifova bildirib ki, hazırda Türk dünyası yeni inkişaf mərhələsini yaşayır:

"Dövlətlərimiz arasında siyasi dialoq genişlənir, iqtisadi əməkdaşlıq dərinləşir, nəqliyyat və kommunikasiya əlaqələri güclənir. Bu proseslər fonunda mədəni əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çünki ortaq tarix, dil və mədəni irs Türk dünyasının mənəvi təməlini təşkil edir".

Oxşar xəbərlər

Kubanıçbek Ömüralıyev: Türk dövlətləri arasındakı əlaqələr ən yüksək səviyyədədir
"Türk Dünyası Həftəsi" çərçivəsində Qarabağ Universitetində xüsusi konfrans keçiriləcək
Aktotı Raimkulova: Birinci Türkoloji Qurultayın 100 illiyi Türk dövlətlərini ortaq tarix ətrafında birləşdirir
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər