Azərbaycanda manatla geniş pul kütləsi 17 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda manatla geniş pul kütləsi 17 %-dən çox artıb


Bu ilin iyunun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 51 milyard 500,4 milyon manat təşkil edib.

"Sizinxeber.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,7 %, ilin əvvəlinə nisbətən 3,3 %, 2025-ci ilin iyunun 1-i ilə müqayisədə 6,6 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 41 milyard 961,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 3,7 %, ilin əvvəlinə nisbətən 3,9 %, ötən ilin iyunun 1-i ilə müqayisədə 17,3 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 32 milyard 641,7 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 3,4 %, ilin əvvəlinə nisbətən 1,4 %, 2025-ci ilin iyunun 1-i ilə ilə müqayisədə 15,1 % çoxdur.

İyunun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 18 milyard 884,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 3 %, ilin əvvəlinə nisbətən 5,2 %, ötən ilin iyunun 1-i ilə müqayisədə 16,7 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycanda manatla geniş pul kütləsi 3 %-dən çox artıb
Azərbaycanda manatla geniş pul kütləsi 1 %-dən çox artıb
Azərbaycanda geniş mənada pul kütləsi 4 %-dən çox artıb
Azərbaycanda geniş mənada pul kütləsi 8 %-ə yaxın artıb
Azərbaycanda manatla geniş pul kütləsi 7 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər