Sultan Raev: Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub
Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub.
"Report" xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri" adlı plenar iclasda deyib.
O, hazırda 100 il öncə əsası qoyulan mirasın yaşadılması üçün Bakıda olduqlarını bildirib:
"Bakı Türk dünyasının, Qarabağ şəhidlərinin ruhunun hər zaman yad edilib yaşadıldığı bir şəhərdir".
Baş katib vurğulayıb ki, 1926-cı ildə Bakıda aparılan mübarizə xalqların və kimliklərin mücadiləsi olub:
"Yüz il öncə Birinci Türkoloji Qurultayı zamanı Bakıda atılan hər addım, alınan hər bir qərar bu gün Türk dünyasının qədərini müəyyən edən faktorlardan olub. Türk dünyası fərqli coğrafiyaya malik olsa da, ortaq mədəniyyət və kimlik hər zaman bizim bir ailə kimi yaşamağımıza zəmin yaradıb".
S.Raev türk dövlət və xalqları ilə əlaqədar quruluş və təşkilatları misal çəkərək onların hər birinin birlik və qardaşlıq yolunda fəaliyyət göstərdiyini söyləyib.
Baş katib əlavə edib ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşı və milli kimliyidir:
"Dil ananın laylası, atanın duası, bir şəhərin nəğməsi, bütöv bir xalqın yaddaşıdır. Dil itərsə, millət yetim qalar. Məhz buna görə də əlifba uğrunda aparılan mübarizə birbaşa yaddaşın mübarizəsi idi. Bu, sözlərin, kimliyin, keçmişin deyil, gələcəyin mübarizəsi idi".
Oxşar xəbərlər
İsa Həbibbəyli: Türk dünyası anlayışı Birinci Türkoloji Qurultayda formalaşıb
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
Şavkat Mirziyoyev: Birinci Türkoloji Qurultay türk xalqlarının həyatında yeni dövrün əsasını qoyan hadisə olub
Kubanıçbek Ömüralıyev: Türk dövlətləri arasındakı əlaqələr ən yüksək səviyyədədir
"Türk Dünyası Həftəsi" çərçivəsində Qarabağ Universitetində xüsusi konfrans keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
