Fransanın cənubunda meşə yanğını səbəbindən 2 200 nəfər təxliyə edilib
Fransanın cənubundakı Var departamentində baş verən meşə yanğını səbəbindən 2 200 nəfər düşərgələrdən təxliyə olunub.
Sizinxeber.az xəbər verir ki, bu barədə Var departamentinin prefekturası "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, iyulun 1-də Frejüs kommunası yaxınlığında başlayan meşə yanğını artıq lokallaşdırılıb. Təhlükəsizlik məqsədilə ərazidə yerləşən düşərgələrdən 2 200 nəfər təxliyə edilib.
Yanğının söndürülməsinə 300-dən çox yanğınsöndürən və xilasedici, 85 texnika, 3 yanğınsöndürən təyyarə və 4 helikopter cəlb olunub.
Qeyd olunub ki, Fransada son günlər müşahidə olunan anomal istilər çoxsaylı temperatur rekordlarının qeydə alınmasına səbəb olub. Hazırda havanın temperaturu 30 dərəcədən aşağı düşsə də, ölkənin cənubundakı altı departamentdə meşə yanğınları ilə bağlı "yüksək", daha üç departamentdə isə "çox yüksək" təhlükə səviyyəsi qüvvədə qalır.
Oxşar xəbərlər
Kaliforniyada meşə yanğınları səbəbindən 30 min nəfər təxliyə edilib
Kanadada meşə yanğınlarına görə 25 mindən çox insan təxliyə edilib
Fransanın cənubunda meşə yanğını tüğyan edir
Türkiyədə meşə yanğını səbəbindən 2 minə yaxın insan təxliyə edilib
Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
