Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb
sizinxeber.az xəbər saytı

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb


Azərbaycan Standartlaşdırma İnstitutunun 2026-cı il 26 may tarixli qərarı ilə "Məhkəmə ekspertizaları" standartlaşdırma üzrə Texniki Komitəsi (AZSTAND/TK 57) təsis edilib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya"da məhkəmə ekspertizası fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartlaşdırma, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi mexanizmlərinin tətbiqi prioritet istiqamətlərdən biri kimi qəbul edilib.

Yeni yaradılan Texniki Komitənin əsas fəaliyyət istiqamətlərinə məhkəmə ekspertizası sahəsində tətbiq olunan ISO və digər beynəlxalq standartların sistemli təhlili, dövlət standartları layihələrinin hazırlanması və peşəkar müzakirəsinin təşkili, onların aidiyyəti qurumlarla razılaşdırılması, qəbul edilmiş standartların dövlət reyestrinə və fonduna daxil edilməsi, habelə tətbiqini təmin edən metodiki sənədlərin işlənib hazırlanması daxildir.

Texniki Komitənin fəaliyyəti məhkəmə ekspertizası sahəsində beynəlxalq standartların tətbiqinin genişləndirilməsinə, ekspertiza fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə və bu sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqinə töhfə verəcək.

Oxşar xəbərlər

Mebel sənayesində keyfiyyət və rəqabətliliyin artırılması məqsədilə Texniki Komitə yaradılıb
Azərbaycanda biznesin idarəedilməsində yeni dövlət standartı qəbul edilib
AZSTAND standartlaşdırma subyektlərinə müraciət edib
Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartı qəbul edilib
Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər