Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı münasibətilə qala konsert keçirilib
- 21-05-2025, 00:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 502
Tacikistan Opera və Balet Teatrında Azərbaycan Mədəniyyəti Günlərinin açılışı münasibətilə təntənəli qala konsert keçirilib.
“Sizinxeber.az”un Düşənbəyə ezam olunan əməkdaşı xəbər verir ki, qala konsertdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov, eləcə də hər iki ölkənin mədəniyyət nazirliklərinin nümayəndələri, səfirlik əməkdaşları, mədəni-ictimai xadimlər iştirak edib.
Çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli iki ölkənin mədəni bağlarından, Prezidentlər səviyyəsində qarşılıqlı etimadlarından söz açıb.
Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen də, öz növbəsində, Azərbaycan-Tacikistan əlaqələrinin dərin köklərə malik olduğunu bildirib.
Çıxışların ardınca Azərbaycan incəsənət ustalarının, həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının təqdimatında rəngli kompozisiya nümayiş edilib.
Çıxışçılar milli rəqs, eləcə də bəstəkar və xalq mahnıları ilə qala konsertə damğa vurublar.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Məlumat üçün qeyd edək ki, Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri sabah da zəngin proqramla davam etdiriləcək.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />