Zaur Həşimov "Şəfa"nın yeni baş məşqçisi olub
sizinxeber.az xəbər saytı

Zaur Həşimov "Şəfa"nın yeni baş məşqçisi olub


Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə vəsiqə qazanan "Şəfa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report"un paytaxt təmsilçisinə istinadən məlumatına görə, bu posta Zaur Həşimov təyin olunub.

44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Z.Həşimov futbolçu kimi "Şəfa"nın formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

O, "Qəbələ" və "Zirə" klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib.

Zaur Həşimov həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.

Oxşar xəbərlər

Azərbaycan klubunun yeni baş məşqçisi müəyyənləşib
Polşalı şahmatçı Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək
Türkiyə klubunun yeni baş məşqçisi müəyyənləşib
Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub
Şuşada keçirilən Memorialın qalibi: "Vüqar Həşimov şahmata xüsusi töhfələr vermiş qrossmeyster olub"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər