Laçında "Yeni Yaşayış Məhəlləsi"nin təməli qoyulur
sizinxeber.az xəbər saytı

Laçında "Yeni Yaşayış Məhəlləsi"nin təməli qoyulur


Laçın şəhərində "Yeni Yaşayış Məhəlləsi"nin təməli qoyulur.

Bu barədə "Report"a məlumat verən Laçın rayonunda Prezidentin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib ki, bu, həm mənzil fondunun genişləndirilməsi, həm də yerli əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Artıq layihə üzrə hazırlıq və mobilizasiya işlərinə start verilib. Tikinti müddəti 24 ay olaraq müəyyənləşdirilib. Hazırda ərazidə şaquli planlama və tikinti sahəsinin hazırlanması istiqamətində işlər aparılır.

Ümumi sahəsi 57 min 470 kvadratmetr olan yeni yaşayış məhəlləsi Laçının şəhərsalma konsepsiyasına uyğun şəkildə layihələndirilib.

Layihəyə əsasən ərazidə ümumilikdə 19 çoxmənzilli yaşayış binası inşa ediləcək. Bunlardan 11-i iki bloklu, 8-i isə bir bloklu olacaq. Binalar 3, 4 və 5 mərtəbədən ibarət olmaqla ümumilikdə 340 mənzili əhatə edəcək.

"Laçında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramının tərkib hissəsi olan "Yeni Yaşayış Məhəlləsi" şəhərin müasir inkişaf konsepsiyasına uyğun yaşayış mühitinin formalaşdırılmasına, iqtisadi canlanmanın sürətlənməsinə və sakinlərin rifahının yüksəlməsinə xidmət edəcək. Layihənin tamamlanması ilə şəhərin yaşayış fondu daha da genişlənəcək, sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yaranacaq və bölgənin sosial-iqtisadi inkişafına əlavə təkan veriləcək", - H. Quliyev deyib.

Oxşar xəbərlər

Media nümayəndələri Zəngilanda yaşayış komplekslərinin tikintisi ilə tanış olublar - FOTO
“Yeni Şirvan” yaşayış kompleksinin tikinti işləri davam etdirilir
Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməli qoyulub - YENİLƏNİB-2
Ağdamda 2-ci yaşayış məhəlləsinə sakinlərin köçürülməsi ilin sonuna kimi reallaşacaq - FOTO
Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməli qoyulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər