Adil Kərimli: Azərbaycanla Qırğızıstanın dinamik inkişaf edən münasibətləri tarixi köklərə əsaslanır
sizinxeber.az xəbər saytı

Adil Kərimli: Azərbaycanla Qırğızıstanın dinamik inkişaf edən münasibətləri tarixi köklərə əsaslanır


Azərbaycan və Qırğızıstanın yüksək dinamika ilə inkişaf edən münasibətləri tarixi köklərə əsaslanır.

“Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Qırğızıstan Milli Filarmoniyasında keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin açılışında deyib.

Nazir bildirib ki, Azərbaycan və Qırğızıstan prezidentlərinin münasibəti mədəni-humanitar yaxınlıq üçün əsas istiqamətverici faktordur.

A.Kərimli son illərdə iki ölkənin yaradıcı kollektivlərinin qarşılıqlı səfərlərinə diqqət çəkib:

“Bu kimi yaradıcı səfərlər, eləcə də mədniyyət günləri xalqların bir-birini daha yaxından tanımasına xidmət edir”.

Oxşar xəbərlər

Qırğızıstanlı nazir: Azərbaycanla mədəni-humanitar yaxınlıq bundan sonra da inkişaf edəcək
Nazir: Qətər Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına töhfə verəcək
Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilir
Mədəniyyət naziri “Yaradıcı Azərbaycan” layihəsi ilə bağlı çağırış edib
Nazir yaradıcı birliklərə sədrlik məsələsində yaş amilinə münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle