Əfqan Abbasov: "AzQR ödənişləri son 1 ildə 30 dəfədən çox artıb"
AzQR ödənişləri son 1 ildə 30 dəfədən çox artıb.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov bildirib.
Onun sözlərinə görə, qurum Ani Ödənişlər Sisteminin (AÖS) inkişafı çərçivəsində QR ödənişlərinin, xüsusilə AzQR həllərinin təşviqinə də xüsusi diqqət ayırıb, bu istiqamətdə aktiv işlər aparıb: "Artıq emitent banklar obil tətbiqlərdə AzQR ödənişlərinin həyata keçirilməsi imkanı yaradıb. Eyni zamanda, bəzi fintex şirkətləri də bu funksiyanı öz tətbiqlərinə inteqrasiya edib, digər fintexlər isə bu istiqamətdə işl davam etdirir. AzQR ödənişləri gündəlik həyatımızda getdikcə daha geniş yayılır. Hazırda bu ödəniş üsulu böyük bir POS-terminal şəbəkəsində tətbiq olunur. Vətəndaşlar AzQR-ni dəstəkləyən bank və fintech tətbiqləri vasitəsilə QR ödənişlərini rahat şəkildə həyata keçirə bilirlər. Sevindirici məqamlardan biri də odur ki, bu ay AzQR əməliyyatlarının sayı 40 milyona yaxınlaşıb. Bu göstərici AzQR ödənişlərinin yüksək inkişaf tempini nümayiş etdirir. İllik müqayisədə isə AzQR əməliyyatlarının sayında 30 dəfədən çox artım qeydə alınıb".
Bundan başqa, AMB rəsmisi deyib ki, dövlət ödənişlərinin ani hesablaşmasında son 1 ildə 20 dəfədən çox artım qeydə alınıb: "AÖS-in təşviqi istiqamətlərindən biri də dövlət ödənişlərinin Hökumət Ödəniş Portalı vasitəsilə sistem üzərindən həyata keçirilməsidir. AMB bu istiqamətdə də aktiv fəaliyyət göstərir və müvafiq işlər aparır. Nəticədə dövlət ödənişlərinin hesablaşması artıq müəyyən vaxt sonra deyil, dərhal və real vaxt rejimində həyata keçirilir. Bu isə həm dövlət qurumları, həm də vətəndaşlar üçün mühüm üstünlüklər yaradır. AÖS-lə aparılan dövlət ödənişləri operativliyi artırır, hesablaşma müddətini minimuma endirir və ödəniş prosesinin səmərəliliyini yüksəldir".
Oxşar xəbərlər
AMB: AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb
AMB: Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 mlrd. manatı ötüb
Azərbaycanda yerli QR ödəniş infrastrukturu xarici sistemlərlə inteqrasiya olunacaq
AMB rəsmisi: "Ani ödənişlərdə NFC həllərinin tətbiqi gündəmdə saxlanılır"
Azərbaycanda bank kartları ilə dövriyyə 27 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
