Samuxda avtomobillə çaya düşən hərbçi boğulub  - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Samuxda avtomobillə çaya düşən hərbçi boğulub - YENİLƏNİB-1


Samux rayonunda avtomobillə çaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu ölüb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, iyulun 1-də Samux rayonu ərazisində Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Nəzərov Vüsal Zabil oğlunun idarə etdiyi avtomobil sürüşərək çay yatağına düşüb.

Məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Nəticədə hərbi qulluqçunun nəşi aşkar edilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, səbir diləyib.




***
22:10

Samuxda yük avtomobilinin çaya aşması nəticəsində batan şəxsin meyiti sudan çıxarılıb.

APA-nın yerli bürosunun məlumatına görə, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü V.Nəzərovun meyitini sudan çıxarıb.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı Füzuli rayon sakini 1992-ci il təvəllüdlü R.Mirzəyev və Şəki sakini 1998-ci il təvəllüdlü Ş.Sadıqov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

***
19:06

Samuxda "MAZ" çaya aşıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib.

Belə ki, hərəkətdə olan "MAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.

Nəticədə, "MAZ"da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.

Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.

Əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Dövlət Sərhəd Xidmətinin hərbçisi xəstəlikdən vəfat edib
DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Gədəbəydə qar uçqununa düşən iki əsgərin nəşləri aşkar edilib
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Qubadlıda 3 hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər