AMB rəsmisi: "Ani ödənişlərdə NFC həllərinin tətbiqi gündəmdə saxlanılır"
Azərbaycan Mərkəzi Bankı (AMB) ani ödənişlərdə NFC həllərinin tətbiqini gündəmdə saxlayır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inklüzivliyi departamentinin direktor müavini Ramil Mahmudov bildirib.
Onun sözlərinə görə, "Apple Pay" və "Google Pay" kimi beynəlxalq NFC əsaslı ödəniş həlllərinin geniş yayılmasından sonra QR ödənişləri və P2P (şəxsdən şəxsə) köçürmələr istifadəçilər üçün daha çox vaxt itkisi kimi qiymətləndirilməyə başlayıb: "Beynəlxalq təcrübədə ani ödəniş sistemlərinə NFC texnologiyası, bulud infrastrukturu və tokenizasiya həllləri üzərindən inteqrasiya olunan müxtəlif modellər mövcuddur. Lakin bu texnologiyaların qlobal miqyasda tam yayılmamasının əsas səbəblərindən biri smartfon istehsalçıları tərəfindən tətbiq edilən texniki və ekosistem məhdudiyyətləridir".
AMB rəsmisi qeyd edib ki, təmsil etdiyi qurumun əsas hədəflərindən biri ödənişlərin maksimum rahat, sürətli şəkildə həyata keçirilməsidir: "Məqsəd, istifadəçilərin bu gün "Apple Pay" vasitəsilə həyata keçirdiyi ödəniş təcrübəsini ani ödənişlər sistemi üzərindən də eyni sadəliklə reallaşdırmaqdır. AMB daxilində bu istiqamətdə xüsusi UX/UI komandası fəaliyyət göstərir. İnfrastruktur mərhələsi tamamlandıqdan və bazarda müəyyən penetrasiya səviyyəsinə nail olunduqdan sonra tokenizasiya həllərinin, eləcə də Bankdaxili Ödəniş Sistemi və ani ödənişlər üzərindən NFC texnologiyasının tətbiqi nəzərdən keçirilir".
Oxşar xəbərlər
Azərbaycanda yerli QR ödəniş infrastrukturu xarici sistemlərlə inteqrasiya olunacaq
Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri müəyyənləşib
SWIFT rəsmisi: "Qlobal ödənişlərdə ekosistem yanaşması daha da dərinləşir"
SWIFT rəsmisi: "Qlobal ödəniş ekosistemi yeni transformasiya mərhələsindədir"
"Visa": Süni intellektə investisiya qoyan şirkətlər gələcəyin ödəniş bazarını müəyyən edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
-
XİN: Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib - YENİLƏNİB
