Çin ABŞ-yə Tayvanla bağlı ciddi xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

Çin ABŞ-yə Tayvanla bağlı ciddi xəbərdarlıq edib


ABŞ Tayvan məsələsinə səhv yanaşmaqla Çinlə birbaşa toqquşma və ya hətta münaqişəyə səbəb olmaq riskini daşıyır.

"Report" xəbər verir ki, bu barədə Vaşinqtondakı Çin səfirliyi ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean məsələləri üzrə köməkçisi Maykl Desombrenin Tayvana silah təchizatı ilə bağlı açıqlamalarını şərh edərək Amerika hökumətinə bu xəbərdarlığı edib.

Səfirliyin mətbuat katibi Lyu Çan bildirib ki, Çinin ABŞ-ın Tayvan bölgəsinə silah tədarükünə qəti şəkildə qarşı çıxması mövqeyi ardıcıl və aydındır:

"Tayvan məsələsi Çin-Amerika münasibətlərində ən vacib məsələdir və bütövlükdə vəziyyətə təsir göstərir. Əgər yaxşı idarə olunarsa, ikitərəfli münasibətlər ümumilikdə sabit qala bilər və bu da hər iki tərəfin qarşılıqlı faydalı əməkdaşlığa daha çox diqqət yetirməsinə imkan verə bilər. Əgər Tayvan məsələsi səhv həll olunarsa, iki ölkə toqquşa və ya hətta münaqişəyə girə bilər və bu da Çin-ABŞ münasibətlərinin bütün kompleksini son dərəcə təhlükəli vəziyyətə sala bilər. Çin ümid edir ki, ABŞ tərəfi Çin-ABŞ münasibətlərinin sabit inkişafını, eləcə də Tayvan boğazında sülh və sabitliyi təmin etmək üçün konkret tədbirlər görəcək".

Oxşar xəbərlər

Si Cinpin ABŞ və Çin arasında Tayvanla bağlı münaqişə riski barədə xəbərdarlıq edib
Tayvan ABŞ-la adada Amerika silahlarının istehsalını müzakirə edəcək
Britaniya XİN: Tayvan boğazında eskalasiya təhlükəsi var
ABŞ-nin Tayvana 14 milyard dollarıq silah göndərməsi sual altındadır
KİV: Tayvan ABŞ-dən silah almaq imkanını nəzərdən keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər