Emin Əmrullayev: Doktoranturaya qəbul sistemi beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır
sizinxeber.az xəbər saytı

Emin Əmrullayev: Doktoranturaya qəbul sistemi beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır


Doktoranturaya qəbul sistemi dəyişdirilməlidir.

Sizinxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, doktoranturaya qəbulun sistemi təkmilləşdirilməli və beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır.

Onun sözlərinə görə, xarici universitetlərdə doktoranturaya qəbul zamanı namizəddən əvvəlcədən hansı mövzu üzrə elmi tədqiqat aparacağı soruşulur.

“Bizdə isə proses əksinədir. Namizədlər əvvəlcə doktoranturaya qəbul olunurlar, daha sonra elmi tədqiqat mövzusu müəyyənləşdirilir. Bu yanaşma dəyişdirilməlidir”, – Emin Əmrullayev vurğulayıb.

Oxşar xəbərlər

Doktoranturaya qəbul olmaq istəyənlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
Emin Əmrullayev: Sevindirici haldır ki, bu gün elmi işlərdə plagiata rast gəlinmir
Emin Əmrullayev: Azərbaycan təhsil sistemi dəfələrlə radikal dəyişikliklərə məruz qalıb
Doktoranturaya sənəd qəbulu başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər