Azərbaycanın atletləri Qazaxıstanda uğurlu çıxış ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycanın atletləri Qazaxıstanda uğurlu çıxış ediblər


Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan atletika üzrə XXXV Qosanov Memorialına yekun vurulub.

"Sizinxeber.az" xəbər verir ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışının ikinci günündə mübarizəyə qoşulan atletlərimiz Yekaterina Sariyeva və Rüstəm Məmmədov uğurlu çıxış ediblər.

Hər iki atletimiz üç təkanla tullanma növündə mükafatçılar sırasına düşüb. Sariyeva 13.47 metr nəticə ilə 2-ci yeri tutub. Rüstəm Məmmədov isə 15.85 metr göstərici ilə bürünc medal qazanıb.

Xatırladaq ki, Memorialın ilk günündə İlahə Quliyeva 400 metr məsafəyə qaçışda gümüş, Cabir Əliyev isə uzunluğa tullanma növündə bürünc medala sahib çıxıb.

Oxşar xəbərlər

Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb
Azərbaycan atletləri komandalar arasında Avropa çempionatının son günündə dörd medal qazanıblar
Paris 2024: Azərbaycan medal sıralamasında 28-ci yeri tutub
Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış edib
Paris-2024: Bu gün Azərbaycanın bir idmançısı çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər