Ərdoğan və Berdiməhəmmədov ikitərəfli əlaqələri müzakirə ediblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2026
21:00
ff

Ərdoğan və Berdiməhəmmədov ikitərəfli əlaqələri müzakirə ediblər

29 in, 2026
21:00
180

Ərdoğan və Berdiməhəmmədov ikitərəfli əlaqələri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefon danışığı aparıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Söhbət zamanı Türkiyə-Türkmənistan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyə ilə Türkmənistan arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün zəruri addımların atılacağını bildirib.

Türkiyə lideri Q. Berdiməhəmmədovu Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısına və COP31 İqlim Sammitinə dəvət edib, həmçinin ad günü münasibətilə təbriklərini çatdırıb.

Bizimlə əlaqə saxlayın

×
×