Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq
sizinxeber.az xəbər saytı

Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq


Sığortaolunanların sığortaçıda uçotunun yalnız şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsi (FİN) əsasında aparılmasını nəzərdə tutan qanunvericilik dəyişiklikləri bu gündən qüvvəyə minir.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sığortaolunanların uçotunun aparılması və sığortaedənlər (işəgötürənlər) tərəfindən sığortaolunanlar (işçilər) barədə rüblük hesabatların təqdim edilməsi zamanı onlarla bağlı sosial sığorta nömrəsinin (SSN) göstərilməsi artıq tələb olunmur.

"Bu gündən etibarən işə qəbul edilən, əvvəllər işləmiş şəxslərdən də sosial sığorta nömrəsinin (SSN) təqdim edilməsi tələb edilməyəcək. Qeyd edilən dəyişikliklər sosial sığorta sahəsində inzibati prosedurların innovativ həllərlə sadələşdirilməsinə, məlumat mübadiləsinin daha sürətli və dəqiq həyata keçirilməsinə, elektron sistemlər arasında inteqrasiyanın gücləndirilməsinə, həmçinin sosial sığorta sistemində inzibati prosedurların optimallaşdırılmasına xidmət edir",- məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Sığortaolunanların sayı 2,11% artıb
Sosial sığortaolunanların sayı 2,73% artıb
Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib
Baş Prokurorluğa yeni vəzifə həvalə edilib
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər