Mərkəzi Bank: Dövlət ödənişlərinin Ani Ödənişlər Sistemi ilə hesablaşmaları 20 dəfədən çox artıb
sizinxeber.az xəbər saytı

Mərkəzi Bank: Dövlət ödənişlərinin Ani Ödənişlər Sistemi ilə hesablaşmaları 20 dəfədən çox artıb


Hökumət Ödəniş Portalı vasitəsilə Ani Ödənişlər Sistemi (AÖS) üzərindən həyata keçirilən dövlət ödənişlərinin hesablaşmalarında 20 dəfədən çox artım qeydə alınıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ani ödənişlər sisteminin təşviqində istiqamətlərdən də birisi hökumət ödəniş portalı vasitəsilə aparılmış ödənişlərin ani ödənişlər vasitəsilə hesablaşmasının aparılmasıdır:

"Mərkəzi Bank da bu istiqamətdə çox aktiv işlər aparmaqdadır. Artıq qeyd etmək istərdim ki, bu istiqamətdə də 20 dəfədən çox bir artım müşahidə olunub. Nəticə etibarilə dövlət ödənişlərinin hesablaşması artıq gecikmə, müəyyən period sonra deyil, dərhal, anında icra olunmaqdadır".

Oxşar xəbərlər

AMB: Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 mlrd. manatı ötüb
AMB: AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb
AMB: Azərbaycanda 100 mindən çox POS-terminal QR ödənişlərini dəstəkləyir
Əfqan Abbasov: "AzQR ödənişləri son 1 ildə 30 dəfədən çox artıb"
Ramil Mahmudov: Açıq bankçılıq layihəsi açıq maliyyə modelinə genişləndiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər