İsrail Qəzzada HAMAS-ın bölük komandirinin öldürüldüyünü açıqlayıb
İsrail Qəzza zolağında HAMAS-ın hərbi qanadının bölük komandirlərindən biri olan Adil Əsfurun öldürüldüyünü açıqlayıb.
APA xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hava zərbəsi nəticəsində zərərsizləşdirilən Adil Əsfur müharibə ərzində İsrail hərbçilərinə qarşı snayper hücumları və partlayıcı qurğularla hücumlar təşkil edib.
Məlumata görə, o, son həftələrdə HAMAS-ın döyüş qabiliyyətinin bərpası cəhdlərində də iştirak edib və Qəzza zolağında fəaliyyət göstərən İsrail hərbçiləri üçün təhlükə hesab olunurdu.
Ordunun açıqlamasında vurğulanıb ki, əməliyyatdan əvvəl mülki əhaliyə mümkün zərərin minimuma endirilməsi üçün zəruri tədbirlər görülüb.
Oxşar xəbərlər
İsrail Qəzzada HAMAS-ın üç komandirini zərərsizləşdirib
İsrail ordusu HAMAS-ın hökumət başçısını məhv edib
İsrail Qəzzada HAMAS-ın snayper bölməsinin komandirinin məhv edildiyini açıqlayıb
İsrail və HAMAS 60 günlük atəşkəsə razılaşıb
İsrail HAMAS-ın daha bir komandirini zərərsizləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
