Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
sizinxeber.az xəbər saytı

Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY


Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Günay Əfəndiyeva deyib.

O, 100 il bundan əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultaya həsr olunmuş "Türk Dünyası Həftəsi"nə toxunaraq bildirib ki, tədbirə türk respublikaları daxil olmaqla 20 ölkədən rəsmilər, türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də 126 türkoloq-alim qatılıb:

"Tədbirə beş ölkə prezidentinin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlət başçılarının təbrik məktubları ünvanlanıb. Dövlət başçılarının tədbirə xüsusi münasibəti, Türk dünyasının mənəvi birliyinin, həmrəyliyinin ortaq siyasi iradə ilə mühüm vəhdət təşkil etdiyini bir daha nümayiş etdirib. Azərbaycan Prezidenti İlham Əliyevin məktubunda vurğuladığı kimi ki, Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır".

Deputat qeyd edib ki, yüz il əvvəl də Bakıda türk xalqlarının gələcəyini düşünən, dilini, tarixini, mədəniyyətini qorumağa çalışan böyük ziyalılar toplaşıb:

"Təəssüf ki, onların bir çoxu sonralar repressiyaların qurbanına çevrildi. Onların taleyi yarımçıq qaldı, amma irəli sürdüyü fikirlər, təşəbbüslər, arzular təcəssüm tapdı. Həmin ziyalılar türk xalqlarının bir-birinə daha da yaxınlaşacağına, həmrəylik nümayiş etdirəcəyinə inanırdılar, Türk dünyasının birliyini gec-tez gerçəkləşəcək tarixi zərurət kimi görürdülər. Bu gün birgə səylər nəticəsində həmin arzular addım-addım həyata keçirilir, reallığa çevrilir. Düşünürəm ki, Türk dünyasında gündən-günə dərinləşən əməkdaşlıq mühiti qurultay iştirakçılarının ruhuna böyük ehtiramdır".

Günay Əfəndiyeva vurğulayıb ki, bu gün türk ölkələrinin başçılarının qardaşlıq münasibətləri, etimadı, sıx qarşılıqlı səfərləri, müntəzəm görüşləri, vahid siyasi baxışı sayəsində türk dünyası tarixinin ən mühüm yaxınlaşma dövrünü yaşayır:

"Nəqliyyat dəhlizlərindən enerji layihələrinə, elm və təhsildən mədəniyyətə qədər birgə təşəbbüslərin sayı gündən-günə daha da çoxalır, Türk Əməkdaşlıq Təşkilatlarının fəaliyyətləri türk xalqlarının həyatın bütün sahələrində birlik və bərabərliyinin təşviqinə xidmət edir. Bütün bunlar ortaq niyyətin, məqsədin, məsuliyyətin sərgilənməsidir, dildə, fikirdə, işdə birliyin təzahürüdür. Bu birlik nə qədər möhkəmlənərsə, Türk dünyasının qlobal miqyasda sözü, çəkisi, mövqeyi də bir o qədər güclü olacaq".

Oxşar xəbərlər

"Türk Dünyası Həftəsi" çərçivəsində Qarabağ Universitetində xüsusi konfrans keçiriləcək
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
Səadət Yusifova: Azərbaycan Türk dünyasının mədəni əməkdaşlığında fəal rol oynayır
Aktotı Raimkulova: Birinci Türkoloji Qurultayın 100 illiyi Türk dövlətlərini ortaq tarix ətrafında birləşdirir
Kubanıçbek Ömüralıyev: Türk dövlətləri arasındakı əlaqələr ən yüksək səviyyədədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər