Azərbaycanın TOP-10 özəl şirkətinin qeyri-neft ixracı 2 dəfədən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın TOP-10 özəl şirkətinin qeyri-neft ixracı 2 dəfədən çox artıb


Bu ilin yanvar–may aylarında Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 ən böyük özəl şirkətin ixracı 457,5 milyon ABŞ dolları təşkil edib, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən 2,17 dəfə və ya 290,08 milyon ABŞ dolları çoxdur.

Bu barədə "Sizinxeber.az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Onların arasında lider, hesabat dövründə 153,4 milyon ABŞ dolları məbləğində qeyri-neft məhsulları ixrac edən "Azerbaijan International Mining Company Limited" MMC olub (il ərzində 3,9 dəfə artım və ya 114,1 milyon ABŞ dolları).

Qeyri-neft məhsulları ixrac edən ən böyük 10 Azərbaycan şirkəti:

Şirkət

2026-cı ilin yanvar-may aylarında ixrac həcmi (milyon ABŞ dolları ilə)

2025-cı ilin yanvar-may aylarında ixrac həcmi (milyon ABŞ dolları ilə)

Faiz fərqi %

"Azerbaijan International Mining Company" MMC

153,4

39,3

3,9 dəfə

"Prime Cotton" MMC

79

55,9

41,32%

"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC

54,6

12,7

3,2 dəfə

"Baku Steel Company" QSC

36,9

23,1

59,74%

"AGRARCO" MMC

29,5

8,1

3,64 dəfə

"Silk Way Airlines" MMC

28,5

0,021

-

"P-AQRO" MMC

21,6

16,9

27,81%

"TABATERRA" MMC

21,3

11,4

86,84%

"PRIME LM" MMC

17,1

0

-

"Prime Export" MMC

15,6

0

-

Oxşar xəbərlər

Azərbaycanın TOP-10 özəl şirkətin qeyri-neft ixracı 2,6 dəfə artıb
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 3 %-dən çox artırıb
Azərbaycanın qeyri-neft ixracı 12 %-ə yaxın artıb
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 8 %-dən çox artırıb
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 4 %-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər