Pezeşkian: Lazım olsa, SEPAH-a 100 milyon barel neft verəcəm
sizinxeber.az xəbər saytı

Pezeşkian: Lazım olsa, SEPAH-a 100 milyon barel neft verəcəm


İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ehtiyac yaransa, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) 100 milyon barel neft ayıra bilər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"Silahlı qüvvələrin müdafiəsi mənim vəzifəmdir və mən onları bütün gücümlə dəstəkləyəcəm", - M. Pezeşkian vurğulayıb.

Onun bu çıxışına səbəb iyunun 19-da "Bloomberg", həmin ayın 21-də "Iran International"da hökumətə məxsus 20 milyon barel xam neftin hərbi potensialın, xüsusilə Hava-Kosmik Qüvvələrinin təchizatı və maliyyə imkanlarını gücləndirmək məqsədilə SEPAH-a təhvil verilməsi barədə məlumatın yayılmasıdır.

Daha əvvəl SEPAH-ın sözçüsü Hüseyn Mohəbbi bu barədə məlumatsız olduğunu iddia edib.

Oxşar xəbərlər

Pezeşkian: İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib
SEPAH: İsrailin yüksəkvəzifəli zabiti öldürülüb
SEPAH: Son sutka ərzində Hörmüzdən 26 gəmi keçib
Pezeşkian SEPAH komandanları ilə necə anlaşır?
SEPAH: Fars körfəzində ABŞ-yə məxsus PUA vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər