Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub.
Sizinxeber.az xəbər verir ki, Azərbaycanın bu gün Avropa İttifaqının strateji tərəfdaşı olduğunu deyən Ursula Fon der Lyayen bildirdi ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər möhkəm təməllər üzərində inkişaf edir.
Qonaq Prezident İlham Əliyevin sülh gündəliyinin təşəbbüskarı rolunda çıxış etməsinin və bu xüsusda göstərdiyi liderliyin yüksək qiymətləndirildiyini vurğuladı.
Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dayanıqlı sülhün təmin olunması, ikitərəfli ticarət münasibətlərinin başlanması, həmçinin Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı və üçüncü ölkələrdən Ermənistana ixrac olunan məhsulların Azərbaycan ərazisindən tranzit keçidi müsbət dəyərləndirildi.
Ursula Fon der Lyayen dedi ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə hərtərəfli dəstək göstərməyə hazırdır.
Söhbət zamanı Mərkəzi Asiya ilə Avropa arasında regional bağlantılarda Azərbaycanın vacib rolu qeyd olundu, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna toxunularaq, onun etibarlı tərəfdaş olması, xüsusilə 2022-ci ildən sonra ölkəmizdən Avropa İttifaqına qaz ixracının həcminin artması məmnunluqla qeyd edildi.
***
19:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə geniş tərkibdə görüşü olub.
Bu barədə Sizinxeber.az-nın əməkdaşı xəbər verir.
Oxşar xəbərlər
İlham Əliyevin Ursula Fon der Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
Ursula Fon der Lyayen: Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olduğunu sübut edib
Ursula Fon der Lyayen: Avropa İttifaqı bu regionun parlaq gələcəyinə inanır
Prezident İlham Əliyev Ursula fon der Lyayenə təbrik ünvanlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
