Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
sizinxeber.az xəbər saytı

Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb


ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "MH-60S Seahawk" helikopteri Ərəb dənizinə məcburi eniş edib, ekipaj üzvlərindən biri itkin düşüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, "USS George H.W. Bush" aviadaşıyıcısına təhkim olunmuş "MH-60S Seahawk" helikopteri iyulun 1-də Ərəb dənizinə məcburi eniş edib.

Helikopterin dörd ekipaj üzvündən üçü xilas edilərək aviadaşıyıcının göyərtəsinə çatdırılıb.

Onların vəziyyətinin stabil olduğu qeyd edilir.

Hazırda dördüncü hərbçinin axtarışları ABŞ Hərbi Dəniz Qüvvələrinin xilasedici qrupları tərəfindən davam etdirilir.

Oxşar xəbərlər

Türkiyədə hərbi helikopter təlim zamanı dənizə məcburi eniş edib
Qırğızıstan Müdafiə Nazirliyinin helikopteri sərt eniş edib
Britaniya ordusunun helikopteri qəzaya uğrayıb, üç hərbçi həlak olub
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
SEPAH-ın helikopteri qəzaya uğrayıb, yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər