“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 10 %-ə yaxın azalıb
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin I yarısını 155,472 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,8 % azdır.
Yanvar-iyun aylarında ABB-nin gəlirləri 730,673 milyon manat (illik müqayisədə 25,2 % çox), xərcləri 466,17 milyon manat (45,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 74,032 milyon manat (22,6 % çox), mənfəət vergisi ödəmələri isə 35 milyon manat (11,6 % çox) təşkil edib.
Bu il iyulun 1-nə ABB-nin aktivləri 14 milyard 47,023 milyon manat olub ki, bu da illik müqayisədə 5,9 % çoxdur. Bunun 6 milyard 93,496 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13,5 % böyüyüb.
Hesabat dövründə ABB-nin öhdəlikləri 5,3 % artaraq 12 milyard 43,881 milyon manat, o cümlədən depozit portfeli 1,8 % azalaraq 9 milyard 68,19 milyon manat, balans kapitalı isə 10,1 % artaraq 2 milyard 3,142 milyon manat olub.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
Oxşar xəbərlər
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb
“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
İran Milli Bankının Bakı filialının mənfəəti 6 %-dən çox azalıb
Azərbaycandakı kredit ittifaqlarının zərəri 80 % artıb
"Kapital Bank" III rübün maliyyə nəticələrini elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












