“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
“Zıraat Bank Azərbaycan" ASC bu ilin I rübünü 3,572 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 4,35 milyon manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, yanvar-mart aylarında “Zıraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 18,949 milyon manat (illik müqayisədə 23,6 % çox), əməliyyat xərcləri 12,869 milyon manat (43,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,831 milyon manat (9,4 % az), mənfəət vergisi ödəmələri isə 678 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il aprelin 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 909,242 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,4 % çoxdur. Bunun 564,469 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 54,8 % böyüyüb.
Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 24,1 % artaraq 771,308 milyon manat, o cümlədən depozit portfeli 4,6 % azalaraq 472,159 milyon manat, balans kapitalı isə 13,8 % artaraq 137,955 milyon manata çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.
Oxşar xəbərlər
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb
Azərbaycanın bank sektorunun xalis mənfəəti 7 % artıb
Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıb
Azərbaycanın bank sektorunun xalis mənfəəti 9 % artıb
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












