sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın bank sektorunun xalis mənfəəti 7 % artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 772,3 milyon manat xalis mənfəət əldə edib.
“Sizinxeber.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.
8 ay ərzində bankların əməliyyat gəlirləri 3 milyard 742,1 milyon manat (1 il əvvələ nisbətən 19,2 % çox), əməliyyat xərcləri 2 milyard 557,9 milyon manat (25,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 239,3 milyon manat (25,1 % çox), gözlənilməz gəlirləri 2,5 milyon manat (4,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 175,1 milyon manat (6,6 % az) təşkil edib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
