Azərbaycan BOKT-ları I yarımildə 13 milyon manatdan çox zərər edib
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 13,2 milyon manat xalis zərərlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 76,6 milyon manat xalis mənfəətlə çıxmışdı.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 6 ay ərzində BOKT-ların əməliyyat gəlirləri 218,2 milyon manat (illik müqayisədə 26,2 % çox), əməliyyat xərcləri 149,5 milyon manat (93,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 76,8 milyon manat (26,5 dəfə çox), gözlənilməz gəlirləri 0,2 milyon manat (eyni), mənfəət vergisi ödəmələri isə 5,3 milyon manat (3,1 dəfə az) təşkil edib.
Bu il iyulun 1-nə BOKT-ların aktivləri 963,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,8 % çoxdur. Bunun 671,8 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 6,5 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 6,8 % artaraq 512,5 milyon manata, balans kapitalı IS' 20,5 % artaraq 450,8 milyon manata, o cümlədən nizamnamə kapitalı 28,7 % artaraq 272,2 milyon manata çatıb.
Oxşar xəbərlər
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb
“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 10 %-ə yaxın azalıb
Azərbaycandakı kredit ittifaqlarının zərəri kəskin azalıb
"Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb, kapitalı müflislik həddinə düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












