BMT-nin Dövlət Xidməti Forumunda "ASAN xidmət" modelindən danışılıb
Tbilisi şəhərində keçirilən BMT-nin Dövlət Xidməti Forumunda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, forum çərçivəsində çıxış edən Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycanda dövlət xidmətlərinin təşkili sahəsində həyata keçirilən islahatlardan və "ASAN xidmət" modelinin uğurlarından bəhs edib.
Ü.Mehdiyev bildirib ki, Azərbaycanda vətəndaşyönümlü dövlət xidmətlərinin təşkili Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən idarəetmə siyasətinin mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, "ASAN xidmət" sisteminin yaradılması da bu siyasətin real təcəssümüdür.
"Bu gün dünyada dövlət xidmətlərinin təşkili sahəsində ən təkmil nümunələrdən biri kimi qəbul edilən "ASAN xidmət" modeli Azərbaycanın, daha dəqiq desək, Prezident İlham Əliyevin yaratdığı uğurlu brenddir. Bu model xidmətlərin vətəndaş məmnunluğu, şəffaflıq, innovasiya və əlçatanlıq prinsipləri əsasında qurulmasına imkan verib", – deyə o vurğulayıb.
Dövlət Agentliyinin sədri qeyd edib ki, xidmətlərin daim təkmilləşdirilməsi baxımından könüllülər proqramı xüsusi əhəmiyyət daşıyır:
"Bizim xüsusi könüllülər proqramımız var və gənclər, tələbələr bu proqrama qoşulurlar. Onlar vətəndaşlarımıza rəqəmsal xidmətlərdən və innovativ texnologiyalardan istifadə etməkdə dəstək göstərirlər. Eyni zamanda, bizim görə bilmədiyimiz problemləri və çətinlikləri müəyyən edə bilirlər. Biz də xidmətlərin biznes proseslərini təkmilləşdirmək üçün onların fikirlərindən və rəylərindən istifadə edirik".
Onun sözlərinə görə, Agentlik məlumatlara əsaslanan idarəetmə mexanizmlərindən və süni intellekt alətlərindən də geniş istifadə edir.
"Hazırda xüsusi süni intellekt köməkçisindən istifadə edirik. Mən burada olsam belə, bütün xidmət mərkəzlərində baş verən prosesləri izləyə bilirəm. Süni intellekt hər gün, hər həftə və hər ay üzrə hesabatlar təqdim edir, müxtəlif dövrlərin göstəricilərini müqayisə edir. Bu alətlər bizə xidmətlərin keyfiyyətini daha da yüksəltməyə, onları vətəndaşların ehtiyac və gözləntilərinə uyğun şəkildə inkişaf etdirməyə imkan yaradır", – deyə sədr əlavə edib.
Qeyd edək ki, BMT-nin Dövlət Xidməti Forumu dövlət idarəçiliyi, rəqəmsal transformasiya və innovativ xidmət modelləri sahəsində beynəlxalq təcrübə mübadiləsi məqsədilə təşkil olunur.
Oxşar xəbərlər
BMT baş katibinin müavini "ASAN xidmət"də
BMT baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
"ASAN Xidmət"in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
Dövlət Agentliyinin sədri "ASAN müraciət" sistemindəki qurumlara çağırış edib
"ASAN xidmət" Qvineyada tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
