Naxçıvanda 5 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 20 minə yaxın şəxs qəbul edilib
Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərində cari ilin yanvar-may aylarında 19524 şəxs qəbul edilib.
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, hesabat dövründə vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin qəbulu, cari vergi ödənişləri və digər məsələlər üzrə ümumilikdə 28467 xidmət göstərilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.
Bildirilib ki, göstərilən xidmətlərin 83 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzlərin verilməsi;
- "ASAN İmza" sertifikatının verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
- Fiziki şəxsin uçotdan çıxarılması;
- Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.
Yanvar-may aylarında vergi ödəyicilərinə məlumatlandırma xarakterli 570 131 bildiriş (məktub) göndərilib, 54 görüş keçirilib, 314 ünvanlı xidmət göstərilib.
Həmçinin qeyd olunan dövrdə 2025 müraciət üzrə 3450 "Asan İmza" sertifikatı verilib.
Oxşar xəbərlər
Naxçıvanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 32 minə yaxın şəxs qəbul edilib
Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 60 % artıb
Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 38 % artıb
Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 13 % artıb
Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 22 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
İranda partlayışlar qeydə alınıb
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
