"Qazaxıstan Dəmir Yolları" süni intellektin sınaqdan keçirilməsi üçün rəqəmsal poliqonlar yaradır
“Qazaxıstan Dəmir Yolları” (KTJ) şirkəti süni intellekt əsasında dəmir yolu üçün ən yaxşı işləmələrin sınağı, aprobasiyası və tətbiqi üçün rəqəmsal poliqonlar yaradır.
Bu barədə “Report”un Qazaxıstan bürosu təşkilatın mətbuat xidmətinə istinadən məlumat verir.
Qeyd olunur ki, dünyanın aparıcı analitik agentliyi olan IDC-nin vitse-prezidenti Andrey Beklemişev “Digital Almaty 2025” adlı Beynəlxalq Forum çərçivəsində "AI üzrə Qlobal koalisiya: Tərəfdaşlıq və inkişaf vektoru" mövzusunda keçirilən sessiyada süni intellekt bazarındakı qlobal trendləri bölüşüb.
IDC-nin məlumatına görə, süni intellektlə bağlı qlobal xərclər ildə orta hesabla 30 %-dən çox artır, keçən il GenAI bazarında artım isə iki dəfədən çox olub. IDC 2028-ci ilə qədər süni intellekt texnologiyalarla bağlı qlobal xərclərin ümumi həcminin 620 milyard ABŞ dollarını üstələyəcəyini proqnozlaşdırır.
Andrey Beklemişev Qazaxıstanda süni intellektin uğurlu tətbiqi istiqamətində bəzi nümunələrdən danışaraq, "Qazaxıstan Dəmir Yolları"nın rəqəmsal poliqonların yaradılması təşəbbüsünü qeyd edib. "Poliqonlar İT şirkətləri, universitetlər və texnoparkların həm süni intellektin müxtəlif komponentlərini hazırlaya, həm də öz həllərini praktikada yoxlaya, onları dəmir yolu nəqliyyatının real iş şəraitinə uyğunlaşdıra biləcəyi əsas meydançalara çevriləcək", - o bildirib.
Oxşar xəbərlər
II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oljas Bektenov: "Süni intellektin tətbiqi Qazaxıstanda ÜDM-in illik 2-3 % artımını təmin edəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov: Azərbaycan süni intellekt strategiyasını hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fariz Cəfərov: "Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












