"SpaceX"in səhmləri ticarətin ilk günündə 19 % artıb
sizinxeber.az xəbər saytı

"SpaceX"in səhmləri ticarətin ilk günündə 19 % artıb


İlon Maskın "SpaceX" şirkətinin səhmləri ticarətin ilk günündə 19 % artaraq sessiyanı 161 dollar səviyyəsində başa vurub.

"Sizinxeber.az"un məlumatına görə, bunu ticarət platformasının məlumatları göstərir.

Cümə günü şirkət 555,6 milyon səhmini hər biri 135 dollara yerləşdirib. "Nasdaq" elektron birjasında ticarət 150 dollar səviyyəsində açılıb, sessiya ərzində 176,5 dollaradək yüksəlib və sonra 161 dollara bağlanıb.

Bu fonda İlon Maskın xalis sərvəti ilk dəfə 1 trilyon dolları keçib. "Forbes"in məlumatına görə, onun xalis sərvəti 1,1 trilyon dollar olaraq qiymətləndirilir.

Dünyanın ikinci ən varlı insanları siyahısında ikinci yerdə "Google"un həmtəsisçisi Larri Peyc qərarlaşıb. Onun xalis sərvəti 294,1 milyard dollardır.

Oxşar xəbərlər

İlon Mask dünyanın ən varlı 10 adamının siyahısına başçılıq edir
“Forbes”: Mask dünyanın ən varlı insanı seçilib
İlon Maskın sərvəti 400 milyard dolları keçib
İlon Maskın sərvəti 400 milyard dolları ötüb
İlon Maskın sərvəti 26,5 mlrd. dollar artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər