Kanadanın baş məşqçisi Cesse Marş: "Bosniya və Herseqovina ilə oyundan düzgün nəticə çıxarmalıyıq"
Kanada futbol üzrə DÇ-2026-da Bosniya və Herseqovinaya qarşı keçirdiyi matçdan nəticə çıxarmalıdır.
"Report" FIFA-ya istinadən xəbər verir ki, bunu Kanada millisinin baş məşqçisi Cesse Marş deyib.
O, bərabərə qaldıqları matçla bağlı danışıb:
"Oyunda nəzarəti ələ aldığımızı hiss edirdik. Meydana əvəzetmədən daxil olan futbolçular də matçın gedişatını dəyişdi. İkinci su fasiləsi zamanı futbolçulara rəqibi sıxışdırdığımızı və təzyiqi bir qədər də artırmalı olduğumuzu dedim. İlk hissədən razı qalmadım. Aqressiv oynamırdıq. Fasilədən sonra bu barədə danışdıq və ikinci hissədə meydançaya çıxdığımız andan etibarən tamamilə fərqli komanda idik. Ancaq bugünkü oyundan düzgün nəticə çıxarmalıyıq. Mübarizəmizi davam etdirəcəyik".
Qeyd edək ki, Kanada - Bosniya və Herseqovina oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Oxşar xəbərlər
Kanada - Bosniya və Herseqovina oyununun ən yaxşı futbolçusu açıqlanıb
DÇ-2026: Bosniya və Herseqovina Kanada ilə oyunda hesabı açıb - YENİLƏNİR
DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
DÇ: Kanada və Bosniya qarşılaşması heç-heçə başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
-
Cənubi Koreya - Çexiya oyununun ən yaxşı futbolçusu açıqlanıb
