İraqda avtobus qəzadan sonra yanıb, 25 nəfər ölüb
sizinxeber.az xəbər saytı

İraqda avtobus qəzadan sonra yanıb, 25 nəfər ölüb


İraqda Ziqar və Bəsrə əyalətlərini birləşdirən magistral yolda sərnişin avtobusu digər nəqliyyat vasitəsi ilə toqquşub.

"Sizinxeber.az" "Haber Global"a istinadən xəbər verir ki, qəzadan sonra avtobusda yanğın baş verib.

Yanğın 25 nəfərin ölümünə, 17 şəxsin xəsarət almasına səbəb olub. Xəsarətlərin ağırlığı səbəbindən ölənlərin sayının artacağı gözlənilir.

Vurğulanıb ki, ölən və yaralananlar Kərbəlanı ziyarət edərək Bəsrəyə qayıdan zəvvarlar olub.

Hadisə yerinə Ziqar qubernatoru Heytəm Əziz Həmdani gəlib, hakimiyyət orqanları qəza ilə bağlı araşdırmaya başlayıb.

Oxşar xəbərlər

Türkiyədə əks yola çıxan "TIR" 4 nəfərin ölümünə səbəb olub
İranlı zəvvarları daşıyan avtobus İraqda qəzaya uğrayıb, ölən və yaralananlar var
Sivasda sərnişin avtobusu aşıb, ölənlər və yaralananlar var
Rusiyada yük maşını avtobusla toqquşub, ölən və yaralılar var
Meksikada avtobus və yük maşını toqquşub, 30-dan çox insan ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər