İlon Maskın sərvəti 400 milyard dolları ötüb
Tesla, “SpaceX” və “X” kimi şirkətlərin sahibi İlon Maskın sərvəti 400 milyard dolları keçib.
APA xəbər verir ki, Maskın sərvətindəki artım, “SpaceX”in dəyərinin artması ilə Tesla səhmlərinin rekord səviyyəyə qalxmasından sonra baş verib.
Forbes jurnalının hazırkı milyarderlərin siyahısına görə, Maskın sərvəti 430,9 milyard dollar təşkil edir.
Beləliklə, dünyanın ən varlı adamı olan Mask, ümumi sərvəti 400 milyard dollara çatan ilk şəxs olub.
Siyahıda Maskı 243,7 milyard dollar sərvətlə Amazonun qurucusu Ceff Bezos və 220,9 milyard dollar sərvətlə “Oracle”ın qurucusu Larri Ellison izləyir.
Qeyd edək ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmləri dünən rekord həddə çatıb. Şirkətin səhmlərinin qiyməti 5,9 faiz artaraq 424,77 dollar olub.
Bu ilin əvvəlindən bəri 70 %-dən çox dəyər qazanan Tesla səhmləri, Maskın dəstəklədiyi Respublikaçı namizəd Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsindən sonra yüksəlməyə başlayıb.
Trampın seçkilərdə qalib gəlməsindən sonra Teslanın səhmləri 67 faizdən çox artıb.
Oxşar xəbərlər
İlon Maskın sərvəti 400 milyard dolları keçib
Bloomberg: İlon Mask 235 mlrd. dollar sərvətlə dünyanın ən zəngin şəxsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
