Kanada hakimiyyəti Qana millisinin futbolçusuna cinayət ittihamına görə viza verməyib
Kanada hakimiyyəti Qana milli komandasının futbolçusu Tomas Partiyə ölkəyə giriş vizası verməyib.
"Report" xarici mediaya isitnadən xəbər verir ki, qərarın futbolçuya qarşı irəli sürülən zorlama ittihamları ilə əlaqəli olduğu bildirilir.
Kanada qanunvericiliyinə əsasən, cinayət törətməkdə ittiham olunan və ya məhkum edilmiş şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyula bilər.
Qana yığması iyunun 18-də Torontoda dünya çempionatının qrup mərhələsinin ilk turunda Panama millisi ilə qarşılaşacaq. Tomas Partinin viza ala bilməməsi səbəbindən bu oyunda iştirak edə bilməyəcəyi gözlənilir.
Xatırladaq ki, 2025-ci ilin iyulunda London polisi futbolçuya qarşı zorlama ittihamları irəli sürüb. İstintaq materiallarına əsasən, hadisələrin 2021–2022-ci illərdə baş verdiyi iddia olunur. Futbolçu bütün ittihamları rədd edir və özünü təqsirli hesab etmir.
32 yaşlı yarımmüdafiəçi karyerası ərzində İngiltərənin "Arsenal" klubunda çıxış edib, hazırda isə İspaniyanın "Vilyarreal" komandasının formasını geyinir.
Oxşar xəbərlər
"Tottenhem"də çıxış edən qanalı futbolçu Məhəmməd Kudus dünya çempionatını buraxacaq
"Turan Tovuz"un futbolçusu Roderik Miller DÇ-2026 üçün Panama millisinə dəvət alıb
DÇ-2026: İngiltərə millisinin heyəti açıqlanıb, məşhur futbolçular siyahıdan kənarda qalıb
"Arsenal"ın təcavüzdə ittiham olunan sabiq futbolçusu azadlığa buraxılıb
Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi ömürlük həbs cəzası gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
Cənubi Koreya - Çexiya oyununun ən yaxşı futbolçusu açıqlanıb
-
Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
