İlon Maskın sərvəti 26,5 mlrd. dollar artıb
ABŞ prezident seçkilərində qalib gələn Donald Trampı açıq şəkildə dəstəkləyən “SpaceX”in qurucusu İlon Maskın sərvəti onun “Tesla” şirkətinin səhmlərinin təxminən 15% bahalaşmasından sonra 26,5 mlrd. dollar artıb.
Bu barədə “APA-Economics” “Bloomberg” tərəfindən dərc olunan milyarderlər indeksinin (Bloomberg Billionaires Index) məlumatlarına istinadən xəbər verir.
Qeyd edilir ki, İlon Maskın ümumi sərvəti 290 mlrd. dollara çatıb. Bu nəticə ilə “SpaceX”in yaradıcısı reytinqdə birinci yeri tutmaqda davam edir.
İkinci yerdə sərvəti 228 mlrd. dollarla qiymətləndirilən “Amazon” onlayn pərakəndə satış şirkətinin yaradıcısı Cef Bezos qalır.
Məlumata əsasən, üçüncü yerdə 202 mlrd. dollarlıq nəticə ilə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq qərarlaşıb.
Oxşar xəbərlər
Bloomberg: İlon Mask 235 mlrd. dollar sərvətlə dünyanın ən zəngin şəxsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlon Mask dünyanın ən varlı insanlarının reytinqinə başçılıq edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bezos "Amazon"un 2 milyard dollarlıq səhmlərini satıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceff Bezos “Amazon”un 2 milyard dollar dəyərində səhmlərini satıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bloomberg: Zuckerberg “Metaverse”i işə salandan sonra altı dəfə zənginləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











