Fariz Cəfərov: "Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır"
Hər bir dövlətin süni intellekt strategiyası olmalı, bu strategiyada prioritetlər müəyyən edilməlidir.
"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov COP29 çərçivəsində təşkil olunmuş "Süni İntellekt: Texnoloji proqnozlaşdırma və rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü" adlı tədbirdə bildirib.
Bundan başqa, o deyib ki, süni intellekt insan müdaxiləsi olmadan qərar qəbul edə bilmir: "Süni intellekt insanın qərar qəbuletmə prosesində komanda üzvü ola bilər, amma onun özü sərbəst fəaliyyət göstərmir. Hazırda süni intellektlə bağlı bir sıra müzakirələr var. Hökumət olaraq biz nə baş verdiyini müşahidə edirik. Hesab edirik ki, süni intellektə nəzarət edilməməlidir. Əgər nəzarət olsa onun inkişafı məhdudlaşar. Biz ölkədə startapların, şirkətlərin, təşkilatların süni intellektə müraciət etməsinin təşviq olunması üçün yollar axtarırıq".
Oxşar xəbərlər
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq"
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
Fariz Cəfərov: "Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
