"SpaceX" səhmlərini mənfəətlə satmağı planlaşdırır
sizinxeber.az xəbər saytı

"SpaceX" səhmlərini mənfəətlə satmağı planlaşdırır


Amerikanın aerokosmik şirkəti "SpaceX" ilkin kütləvi təklif (IPO) çərçivəsində təxminən 75 milyard dollar investisiya cəlb etməyi planlaşdırır.

"Sizinxeber.az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, şirkət investorlara təxminən 555,6 milyon səhm təklif etməyi planlaşdırır ki, bu da hər səhm üçün təxminən 135 dollar edir.

Agentliyin məlumatına görə, bu parametrlərlə "SpaceX"in dəyəri 1,75 trilyon dollara çata bilər. Nəticədə şirkət qlobal fond bazarı tarixində ən böyük təkliflərdən birinə çevriləcək.

Şirkət artıq potensial investorlarla bir sıra görüşlər üçün hazırlıqlara başlayıb. Bununla belə, son IPO parametrləri bazar tələbindən asılı olaraq tənzimlənə bilər.

Qeyd olunub ki, belə erkən mərhələdə konkret hədəf qiymətini elan etmək qeyri-adi bir addımdır, çünki şirkətlər adətən səhmlərin son qiymətini yerləşdirmədən dərhal əvvəl müəyyən edirlər.

Oxşar xəbərlər

"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
SpaceX süni intellekt startapına 2 milyard dollar investisiya yatırır
İnvestorlar "Grok"un tərtibatçısına 2 milyard dollar yatırır
“UniCredit” şirkəti “Commerzbank”ı tam “ələ keçirməyi” planlaşdırır
“SpaceX” şirkəti “Crew Dragon”un buraxılışını təxirə salıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər