Maştağada baş verən yanğın söndürülüb - YENİLƏNİB 2
sizinxeber.az xəbər saytı

Maştağada baş verən yanğın söndürülüb - YENİLƏNİB 2


Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın söndürülüb.

Bu barədə "Sizinxeber.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində yanğın genişlənməsinə, həmçinin ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Qurumdan "Sizinxeber.az"a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Bakıda güclü yanğın başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, hadisə Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri müvafiq ünvanda operativ tədbirlər həyata keçirir.

Oxşar xəbərlər

Maştağada baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
Maştağada güclü yanğın baş verdi - Video
Bakıda ağaclıq sahədə baş vermiş yanğın söndürülüb
Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürülüb – YENİLƏNİB 2
Şabranda açıq ərazidə baş verən yanğın söndürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər